Şoumen Vladislav Qalkinin yaydığı görüntülərdən məlum olur ki, müğənni Alla Puqaçova Rusiyadan Latviyaya yollanıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Siquldada (Latviyada şəhər – red) necə də günəşli bazar günü var”, – Qalkin paylaşımında qeyd edib.
Qeyd edək ki, noyabrın 2-də Alla Puqaçovanın Moskvaya getdiyi barədə məlumat yayılmışdı. Oktyabr ayında isə müğənni uşaqları ilə birlikdə İsraili tərk etmişdi.