Alla bir konsert üçün yeni məbləğ müəyyən etdi

Alla bir konsert üçün yeni məbləğ müəyyən etdi

Alla Puqaçovanın bir konsert üçün qonorarı 350 min avro təşkil edir.

AzerTimes xəbər verir ki, bu barədə primadonnanın prodüseri Sergey Lavrov mediaya açıqlamasında deyib.

Lavrov deyib ki, qonorar qəsdən çox yüksək müəyyən edilib. Belə ki, Puqaçovanın pula ehtiyacı yoxdur və çoxdan pensiyaya çıxıb. O, hazırda ailəsi ilə daha çox vaxt keçirmək istəyir.

“O öz qonorarını elan edib və gözləyir. Əgər kimsə bu pulu ödəməyə hazırdırsa, Puqaçova şərtlərini deyəcək”.

S.Lavrob müğənninin konsertlərdən çox cəsarətlə imtina edə biləcəyini də deyib, çünki kanallardan istədiyi qədər qazana bilir:

“Alla Rusiyaya qayıdanda istənilən kanal ifa üçün onun istədiyi məbləği verəcək. Çünki o, reytinqdir”.

Qeyd edək ki, hazırda Alla Puqaçova əri Maksim Qalkinlə birgə İsraildədir. Onların yaşadığı villanın ən azı 6 milyon dollar dəyəri olduğu bildirilir.

Teqlər: