Alkoqollu içkilərin aksiz dərəcəsinin artırılması qərarı qüvvəyə minib

Bu gündən Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli
malların aksiz dərəcələri artırılıb.

AzerTimes-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 14 mart tarixli
qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli
malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra, yəni aprelin 14-də
qüvvəyə minir.

Qərara əsasən, denaturasiya olunmamış etil spirti üçün (80 həcm
faiz və ya çox spirt qatılığı ilə, həcm faizi 80-dən az qatılığı
olan denaturatlaşdırılmamış etil spirti) aksiz dərəcəsi 1 litr üçün
5,2 manatdan 6 manata qaldırılıb.

Aksiz dərəcəsi üzüm çaxırının və ya üzüm puçallarının distillə
edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 1 litr üçün
7,2 manatdan 8 manata, viski üçün 1 litr üçün 11,2 manatdan 12
manata qaldırılıb.

Teqlər: