Alkaraz 1990-cı ildən bəri Böyük Dəbilqə turnirinin ən gənc dörddəbir finalçısı olub

İspaniyalı tennisçi Karlos Alkaraz ABŞ Açıq Çempionarının (“US Open”) dördüncü mərhələsində almaniyalı Peter Qoyovçik üzərində qələbə qazanıb.

AzerTimes-ın məlumatına görə, görüş 18 yaşlı ispaniyalının 5:7, 6:1, 5:7, 6:2, 6:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində K.Alkaraz dörddəbir final mərhələsinə yüksəlib.

Karlos Alkaraz 1990-cı ildən bəri Böyük Dəbilqə turnirinin ən gənc dörddəbir finalçısı olub. Dörddəbir finalda ispaniyalı tenisçi Frensis Tiafo (ABŞ) – Feliks Oje-Alyassim (Kanada) cütlüyünün qalibi ilə qarşılaşacaq.


Qeyd edək ki, Karlos Alkaraz Professional Tennisçilər Assosiasiyasının reytinqində 55-ci yerdədir.

Teqlər: