Mayın 8-də Heydər Əliyev prospekti avtomobillərin hərəkətinə bağlı olacaq. Yolun “10-cu zavod dairəsi”ndən Heydər Əliyev prospekti ilə aeroport istiqamətində metronun “Koroğlu” stansiyasından keçməklə Sabunçu dairəsinə qədər yolun hər iki istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun verdiyi məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar həmin gün təlim-məşqlərə start veriləcək. Buna görə də, həmin yol mayın səkkizi günorta saatlarından axşama saatlarına qədər avtomobillərin hərəkətinə bağlanacaq.