Alimlərdən xəbərdarlıq: Qulaqlıqdan 4 saat istifadə…

Alimlərdən xəbərdarlıq: Qulaqlıqdan 4 saat istifadə…

Gündə dörd saatdan çox qulaqlıqlardan müntəzəm istifadə beyin fəaliyyətində qalıcı dəyişikliklərə səbəb ola bilər.

AzerTimes xəbər verir ki, bu barədə Melburn Nevrologiya İnstitutu və Stenford Universitetinin alimlərinin araşdırmasında deyilir.

Tədqiqatda 18-35 yaş arası 1800 könüllü iştirak edib və onlar qulaqlıqdan istifadə tezliyi barədə məlumat veriblər. Bundan sonra onlar sağlamlıqları ilə bağlı anketləri doldurublar. Məlum olub ki, qulaqlıqlardan uzun müddət istifadə (gündə dörd saatdan çox) konsentrasiyanın pisləşməsi, narahatlığın artması və yuxu keyfiyyətinin azalması ilə əlaqələndirilir.

Alimlər bu dəyişiklikləri onunla izah edirlər ki, daimi səs stimullaşdırılması beyində informasiyanın emalının təbii proseslərini pozur.

Teqlər: