Alimlərdən istilərlə bağlı xəbərdarlıq var

Alimlərdən istilərlə bağlı xəbərdarlıq var

İqlim dəyişikliyi ilə mübarizə aparılmasa, dünya miqyasında milyonlarla insan 2070-ci ilə qədər ağır şərtlər altında yaşaya bilər.

Bu barədə Hollandiyanın Vageningen Universitetinin alimləri araşdırma aparıb. Karbon emissiyalarının miqdarının pik səviyyələrə çıxarıldığı bir modeldən istifadə edilərək aparılan araşdırma göstərib ki, emissiyalar kəsilməsə istilər 15 dərəcəyə qədər arta bilər. Bunun isə 3,5 milyard insanın həyatına təsir edəcəyi deyilir.

“Planetin böyük bir qismi insanları çətinliklə həyatda qala biləcəyi səviyyələrə qədər qızacaq və bir daha soyumayacaq”, – deyə araşdırma müəllifi olan Marted Şefer deyib.

O, həmçinin bildirib ki, bu istilər özü ilə bərabər yeni pandemiyaların da ortaya çıxmasına səbəb olacaq

Teqlər: