Merilend Universitetindən olan alimlər mutasiyaya uğramış koronavirusun hava damcıları ilə daha tez ötürüldüyünü bildiriblər.
AzerTimes-ın məlumatına görə, bu barədə tətqiqat “Clinical Infectious Diseases” nəşrində dərc olunub.
Amerikalı tədqiqatçılar fərqli “SARS-CoV-2” ştammlarının təhlükəli olduğu barədə araşdırma aparıblar. Alimlər fərqli COVID-19 variantlarına yoluxan insanlardan əlifbanı üç dəfə təkrar etmələrini və ya “Ad günün mübarək” mahnısını oxumalarını istəyərək bir eksperiment apardılar. Koronavirusun “Alfa” ştammında yoluxan insanlar əvvəlki (Vuhan) versiyasına yoluxanlardan yüz qat daha çox viral zərrəcik havaya buraxıblar.
Alimlər təsdiq edib ki, tibbi maskalar virusun yayılma riskini 50 faiz azaldır. Ekspertlər qeyd edib ki, tədqiqat ilə yeni infeksiya ştammlarının havadan ötürülməsinə dair əlavə sübutlar təqdim olunub.