Alimlər ilk dəfə canlı hüceyrənin tam dolğun modelini hazırlayıblar

Kreyq Venter İnstitutu və Urbana-Şampeyndəki İllinoys Universitetinin amerikalı biomühəndisləri, alman həmkarları ilə birlikdə ən son minimalist mikrobun təfərrüatlı kompüter simulyasiyasını yaratmaqla həyatın sirrini dərk etmək üçün növbəti böyük addım atıblar.

Trend xarici KİV-lərər istinadən xəbər verir ki, bu barədə məqalə Cell dərgisində yerləşdirilib.

İllinoys Universitetinin alimi, kimyaçı Zaida Lutey-Schulten bildirib ki, heyət real hüceyrədə baş verən prosesləri tamamilə təqlid edən canlı minimal hüceyrənin üçölçülü, tam kinetik modelini işləyib hazırlayıb.


“Modelimiz hüceyrənin fəaliyyətini izləməyə imkan verir, onun bütün komponentlərinin daxili və xarici stimullara cavab olaraq necə qarşılıqlı əlaqədə olduğunu və dəyişdiyini göstərir. Bu model və digər, daha mürəkkəb modellər bizə həyatın əsas prinsiplərini daha yaxşı başa düşməyə kömək edəcək”, – deyə alim qeyd edib.