Alimlər COVID-dən ölüm riskini beş dəfə artıran xəstəliklərin adlarını açıqlayıblar

Britaniyanın Mançester Universitetinin alimləri müəyyən ediblər ki, şizofreniya kimi psixotik pozğunluğu olan insanların koronavirusdan ölmə ehtimalı beş dəfə, xəstəxanaya yerləşdirilmə ehtimalı isə üç dəfə çoxdur.

Trend xəbər verir ki, aparılan araşdırmaların nəticələrinə görə, psixotik pozğunluğu olan insanların koronavirusdan ölmə ehtimalı ağır psixi xəstəliyi olmayanlara nisbətən 4,84 dəfə çoxdur. Bipolyar pozuntusu olan insanların infeksiyadan ölmə ehtimalı 3,76 dəfə, ağır depressiv pozuntusu olan insanlar üçün isə 1,99 dəfə çox olub.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, koronavirusu olanlar arasında psixotik və ya bipolyar pozuntusu olanlarda ən yüksək xəstəxanaya yerləşdirilməylə nəticələnən yoluxma müşahidə olunur – müvafiq olaraq 35,8 və 37,3 faiz. Ağır psixi pozuntuları olan insanlarda bu göstərici 16,6 faiz olub.


Eyni zamanda, xəstəxanaya yerləşdirilən koronavirusa yoluxan və psixotik pozuntusu olan insanların yarıdan çoxu – 52,6 faizi vəfat edib, ağır psixi xəstəliyi olmayanlar arasında isə bu göstərici 37,5 faizə bərabər olub.

Həmçinin, müəyyən olub ki, psixi xəstəlikləri olan insanlarda fiziki sağlamlıq problemləri daha çox olur.

Teqlər: