Alimlər Alzheimer xəstəliyinin aşkar edilməsinin asan yolunu tapıblar

Litvalı alimlər yüngül idrak pozğunluqlarının insanda Alzheimer xəstəliyinin inkişafını göstərdiyini müəyyən ediblər.

Trend xəbər verir ki, bu barədə “Medical Xpress” nəşrində yerləşdirilən məlumatda deyilir.

Məlumatda bildirilir ki, 138 xəstənin beyninin MRT görüntülərinin analizi əsasında alimlər bu cür pozuntuları aşkar edə biləcək alqoritm hazırlamağı bacarıblar.

Alqoritmi hazırlayan alimlərin sözlərinə görə, sözügedən metod xəstəliyin inkişafını 99 faiz dəqiqliklə proqnozlaşdırmağa imkan verir. Eyni zamanda süni intellektin istifadəsi prosesi əhəmiyyətli dərəcədə sürətləndirir.

Tədqiqatın nəticələrini şərh edən həkim Ritis Maskelünas qeyd edib ki, kompüter alqoritmi potensial təhlükəli halları seçdikdən sonra mütəxəssis onları daha ətraflı öyrənə bilər və nəticədə pasient diaqnozu və müalicəni daha tez alır.

Teqlər: