Əziz Hacı, mən səni çox istəyirəm, amma deyə bilmirdim….
Narazı idim səndən, bəzi məsələlərdə etiraz edirdim sənə, qınayırdım. Neçə dəfə bunu açıq yazmışdım. Amma bu o demək deyildi ki, sənə sevgim yox idi. İnsan sevdiyi insandan inciyir, amma sevgi azalmır ki…
Çox söhbətlər edəcəkdik, tarixdən dinə gələn yolu müzakirə etməli idik… Səni ən savadlı insan bildiyim üçün uman yerim idin…
Mən ən yaxın dostlarımdan birindən xahiş etmişdim, şəkər məni çox incidir, ola bilsin, yaxın günlərdə öləcəm, onda Hacı Şahini dəvət edərsən, məclisi o aparar. Çünki Hacı Allahın sevdiyi insandır, Allahın sevdiyi insanın məni dəfn etməsi günahlarımı bağışlaya bilərdi.
Hacı, mən indi səni yola salmağa gəlmişəm. Amma belə olmalı deyildi…
Məni sən yola salmalı idin.
Amma….
Səni itirdik, çox acı çəkirik. Hazırda yüzlərlə insan sənin üçün göz yaşı tökür. Yüzlərlə insanın sevgisini qazanan Hacı…
Göz yaşı
Sevgi
Sən bizə bunları qoyub gedirsən.
Hər zaman səni yada salanda göz yaşlarımız töküləcək, amma bu Sevgi gözyaşlarıdır…
Hacı, ruhun şad olsun, yerin cənnətdir. Bizim şəhidləri dəfn edəndə yaşadığın hissləri görməmək mümkün deyildi… İndi sən şəhidlərimizin yanındasan.
Cənnətdə bizdən salam de şəhidlərə…
Onları orda da qoru…
Hacı, səni çox sevirəm!
Sən bu dünyada indi yoxsan… amma sənə olan sevgim əbədiyyətə qədər qalacaq…
Allah sənə rəhmət eləsin, Hacı!