Alimdən şok: 5 milyon insan dağıntılar altında qala bilər

Alimdən şok: 5 milyon insan dağıntılar altında qala bilər

Qəhrəmanmaraşın Pazarcık və Ekinözü rayonlarında baş verən 7,7 və 7,6 bal gücündə iki böyük zəlzələdən sonra Türkiyə yenidən zəlzələ fəlakəti ilə üzləşə bilər.

AzerTimes xəbər verir ki, bununla bağlı növbəti xəbərdarlıq Prof. Dr. Naci Görürdən gəlib.

Alim gözlənilən İstanbul zəlzələsinin 7,2-7,6 bal gücündə olacağını, amma bütün hesablamaların 7,5 bal gücündə zəlzələyə görə aparıldığını bildirib.

O, İstanbul əhalisinin üçdə birinin dağıntılar altında qalma riski ilə üzləşdiyini bildirib:

“Hesablamalar görə, gözlənilən zəlzələdə 100 min bina dağılacaq. Bu tikililərin 1 milyon mənzilə bərabər olduğunu və hər mənzildə 5 nəfərin yaşadığını nəzərə alsaq, 5 milyon insanın zəlzələdən birbaşa zərər çəkməsi mümkün olacaq”.

O əlavə edib ki, İstanbulda zəlzələ baş verərsə, Türkiyənin iqtisadi və siyasi müstəqilliyi təhlükə altına düşəcək:

“Bu, sui-qəsd nəzəriyyəsi kimi bir şey deyil”.

“Mərmərədə zəlzələ olarsa, Mərmərə bölgəsinin iqtisadiyyatı dayanar. Mərmərə bölgəsi diz çökər. Mərmərə bölgəsi diz çöksə, Türkiyə dayanacaq, nəfəsini kəsəcək. Çünki Türkiyənin iqtisadiyyatının, ticarətinin və istehsal xüsusiyyətlərinin can damarı Mərmərə bölgəsidir. Sonra Türkiyə dayanır və iqtisadi müstəqilliyini itirər”, – Naci Görür xəbərdarlıq edib.

Teqlər: