Xalq artisti Alim Qasımov “İzzət şou”nun qonağı olub.
AzerTimes Axşam.az-a istinadən xəbər verir ki, xanəndə türkiyəli müğənni İbrahim Tatlısəslə bağlı xatirəsini bölüşüb.
“Allah İbrahim Tatlısəsə şəfa versin. Amma bir dəfə onun məclisinə məni dəvət etmişdilər. Oxudum. Bilirəm ki, Tatlısəs də bunu oxuyub. “Çərşənbə günündə, çeşmə başında…” zümzümə edib, mikrafonu ona verdim. Mikarfona da elə gözəl səs vermişdilər. Dedim ki, onunla birgə oxuyum. Mənimlə oxumadı. Sonra ikinci dəfə mənə söz verdilər. O mikrafonu elə günə qoymuşdular, oxumaq bir yana qalsın, danışmaq da olmurdu. Allah şəfa versin. Nəysə. Bütün qeybətləri etdim burada, Allah qeybətə yazmasın.
Bir dəfə də cavan uşaq idim. Məclisə getmişdim. Bir böyük, tanınmış oxuyan gəlmişdi. Onun xəbəri olmadan mikrrfonunu mənə verdilər. Ağzımı açan kimi, ömrümdə də yaxşı mikrafonla oxumamışam, uçuram. Gördüm oxuyan məni görən kimi mikrafonu çəkdi… Bir şey ki, Allahdan verilib, onun qabağını ala bilməzsən”.