Ali təhsil müəssisələrinin filial rəhbərləri “Qayıdışdan qurtuluşa” adlı elmi-praktik konfransda bir araya gəliblər (FOTO)

İyunun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının təşkilatçılığı ilə Azərbaycan ali təhsil müəssisəslərinin filialları ilə birgə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qaydışdan qurtuluşa” adlı onlayn elmi-praktik konfrans keçirilib. “Zoom” platforması üzərindən təşkil olunan konfransda ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Zaqatala filialının direktoru, professor Orucəli Rzayev, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının direktoru, dosent Arif Rüstəmov, ADPU-nun Şəki filialının direktoru, dosent Rafiq Rəsulov, ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı, ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova və digər filial rəsmiləri, həmçinin professor-müəllim heyəti iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra ADPU-nun Quba filialının direktoru, dos. Y.Alıyev elmi-praktik konfransı açıq elan edib. Natiq çıxışında Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etməsi tarixlərinə nəzər salaraq bildirib ki, həmin dövrdə müstəqilliyə baxmayaraq, sərhəd pozuculuğu, müxtəlif növlü insident halları artmışdı. Direkor çıxışında Heydər Əliyevin ölkədə siyasi sabitliyin əldə edilməsində rolundan bəhs edib. Qeyd edib ki, məhz onun səyləri nəticəsində Azərbaycan aqrar ölkədən sənaye-inişaf mərhələləri keçən ölkəyə çevirilib. Y. Alıyev, H. Əliyevin hakimiyyətə gəldiyi ilk iki ili ən gərgin mübarizə dövrü hesab edib. Bildirib ki, məhz həmin illər ərzində bir neçə çevriliş cəhdinin qraşısı alınıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” isə Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı olub. Beləliklə, ölkəmiz siyasi-iqtisadi, coğrafi baxımdan dünyanın diqqət mərəzinə çevrilib. Ulu öndərin səyləri ilə Lissabon görüşündə Baloniya sisteminin tətbiqi ilə bağlı imzalanan sənədin günümüzdə təhsilin inkişafına xeyli təkan veridyini vurğulayıb. Y. Alıyev H. Əliyevin əməyi nəticəsində Azərbaycanın ərazi bütovlüyünün tanınmasını 44 günlük Vətən müharibəsindəki qələbənin təməl prsinspiləri hesab edib.

ADİU-nun Zaqatala filialının direktoru, prof. O. Rzayev filial rəhbərlərini bir tədbirdə cəmləmək və Qurtuluş Gününü qeyd etməyin böyük fərəh hissi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan topaqlarının erməni işğalından azad edilməsi ölkənin bir daha əmin əllərdə olduğunu sübut edir. O qeyd edib ki, H. Əliyevin hakimiyyətə gəlməsi Azərbaycana qarşı ərazi iddilarına qarşı kəskin cavabların verilməsi və ölkə daxili sabitliyin təmin edilməsi kimi xarakterizə olunur. Direktor filiallar arasında daimi əməkdaşlığın sürdürülməsini arzulayıb. ADPU filialları arasında innovativ rəqabət mühitinin formalaşdığını, inkişaf tendensiyasının göz önündə olduğunu bildirib.

BDU-nun Qazax filialının direktoru, dos. A. Rüstəmov H. Əliyevdən bəhs edərkən onun hakimiyyətə gəldiyi dövrün çətinliklərini, mahiyyətini, şəraitini təsvir etməyin vacibliyini bildirib. Onun sözlərinə görə, bu, bugünki günün mahiyyətini daha dərindən dərk etməyə imkan verəcək. Direktor vurğulayıb ki, həmin dövrdə hakimiyyət qolları arasındakı əlaqə bir-birini tamamlamırdı, ölkənin daxili vəziyyəti böhran kimi xarakterizə edilirdi. Xatırladıb ki, o zamanlar Azərbaycan xarici aləmdən təcrid olunmuş, informasiya blokadasına salınmışdı. Bu isə ölkənin haqq səsini dünyaya çatdırmağa mane olurdu. H. Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqı özünə gəlmək üçün möhlət əldə edib.

ADPU-nun Şəki filialının direktoru, dos. R. Rəsulov kofrans iştirakçılarını bu gün münasibətilə təbrik edib. Qeyd edib ki, H. Əliyevin siyasi zəkası öncə ölkə daxilindəki siyasi stabiliyi təmin edib. Birinci Qarabağ müharibəsində çətin vəziyyətə baxmayaraq, atəşkəsə nail olunub. Direktor vurğulayıb ki, bəzi dövlətlər indi də Azərbaycanda hansısa statusun yaradılmasından əl çəkmirlər. Əsas məsələ isə odur ki, Azərbaycan sürətlə inkişaf edir, müstəqilliyimiz əbədidir.


ADPU-nun Şamaxı filialının direktoru, dos. T. Yusifova Milli Qurtuluş Gününün tarixi və əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu, böyük ictimai, siyasi əhəmiyyətə malik gündür. Direktor həmin dövrdə Ermənistan işğalçılığının ölkədə vəziyyəti gərginləşdirməsi, ölkə daxilindəki qardaş qırğınını xatırladıb.

ADPU-nun Cəlilabad filialının direktoru, dos. X. Sultanlı ümummilli liderin siyasi gücü, idarəetmə bacarıqlarından bəhs edib. Atəşkəs barədə sazişin Azərbaycanın inikişafı üçün əsas dönüş olduğunu bildirib. Müstəqil Azərbaycan uğrunda şəhid olanlara rəhmət diləyib, qazilərə şəfa arzulayıb. Filialın məhz Heydər Əliyevin imzası ilə yaradıldığını, uzun inkişaf yolu keçdiyini söyləyib. O, Heydər Əliyevin Azərbaycana sevgisindən, ədəbiyyat adamların xüsusi qayğısından söz açıb.

Ağcabədi filialının direktor müavini Mahir Səlimov Heydər Əliyevin seçilmiş insan olması, tarixi rolu barədə məlumat verib.

Konfransın sonunda dos. Yusif Alıyev Azərbaycanın müstəqillik və inkişafının davamlı olmasını arzuayıb, konfrans iştirakçılarına tşəkkürünü bildirib.

Konfrans ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə başa çatıb.

Teqlər: