Xəbər - Elçin Mehdiyev – Trend:
Ali təhsil müəssisələrində əyani tədrisin bərpa olunmasının kirayə mənzil bazarında ciddi qiymət artımına səbəb olacağını düşünmürəm.
Bunu AzerTimes-a “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
Ekspert bildirib ki, əyani tədrisin başlaması kirayə mənzil bazarında canlanma yaradacaq, lakin qiymətlərdə bir o qədər fərq olmayacaq: “Canlanmanın yaranması ənənəvi haldır, çünki əvvəlki illərdə də həmişə dərslər başlayana yaxın bazarda aktivlik artırdı. Amma hazırda əyani dərslərin başlanması ilə əlaqədar yaranan canlanmanın kirayə mənzil bazarında qiymətlərin artmasına təsir edəcəyi bir qədər şübhəlidir. Çünki ötən illə müqayisədə bu il kirayə mənzil bazarında 8 faizə qədər artım var. Yəni kirayə qiymətləri artıq kifayət qədər artıb, indi isə əlavə artımın olacağı şübhə altındadır. Hər halda, əlavə artımın olub-olmayacağını zaman göstərəcək. Ancaq mən düşünürəm ki, qiymət artımı ehtimalı azdır”.
Twitter: @ElchinMehdiyev