Ali məktəblərə və kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edildi

Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə
alınaraq ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi
yenidən aktiv edilib.

Bu barədə AzerTimes-a DİM-dən xəbər verilib.

Bildirilib ki, aşağıdakı kateqoriyadan olan abituriyentlər
aprelin 6-dan 25-dək elektron ərizə qəbulunda iştirak edə
bilərlər.

Bu il buraxılış imtahanı vermiş, lakin 4-17 mart tarixlərində
aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;

Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci
mərhələsi) vermiş, lakin lakin 4-17 mart tarixlərində aparılan
ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları. Bu
abituriyentlər I, II, III və IV qruplardan hər hansı birini
seçdikləri halda imtahanın birinci mərhələsinin nəticəsi kimi keçən
il topladıqları bal nəzərə alınacaq. Keçən il buraxılış (qəbul
imtahanının birinci mərhələsi) imtahanından topladıqları balı
müvafiq müsabiqə şərtini ödəyənlər V qrupu və ya kollecləri də
seçib həmin nəticə ilə müsabiqədə iştirak edə bilərlər.

Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin
I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta
ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini
və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə
icazə verilir.

Qeyd: Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci
mərhələsi) vermiş və çağırış yaşı tamam olan oğlan abituriyentlər
çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi
barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunduğu halda
qeydiyyatdan keçə bilərlər.

Teqlər: