Xəbər - Samir Əli – Trend:
Ali Məhkəmədə “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.
AzerTimes-ın məlumatına görə, hakim Kəmalə Abıyevanın sədrlik etdiyi iclasda şikayət araşdırılıb və məhkəmə qərarı elan edilib.
Məhkəmə şikayəti təmin etməyib. Məhkəmənin qərarı ilə “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb.
Qətnamədən verilən şikayəti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.