Ali Məhkəmə cinayət işlərinə yeni qaydada baxacaq

Ali Məhkəmə cinayət işlərinə yeni qaydada baxacaq

Ali Məhkəmə cinayət işləri üzrə kassasiya müraciətlərinə də yazılı icraat qaydasında baxacaq.

AzerTimes E-huquq.az-a istinadən xəbər verir ki, bu barədə Cinayət Prosessual Məcəlləsinə təkliflər paketi hazırlanıb və yaxın zamanda qanunverici orqana təqdim ediləcək.

Bildirilib ki, yazılı icraata keçid Ali Məhkəmənin işinin daha səmərəli qurulmasına, işlərə məhkəmədə baxılan zaman lazımsız vaxt itkisinin qarşısının alınmasına və baxılan işlərin keyfiyyətinin artırılmasına xidmət edir.

Xatırladaq ki, ötən ilin oktyabr ayından etibarən Ali Məhkəmə mülki, inzibati və kommersiya işlərinə yazılı icraat qaydasında yəni, məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxır.

Teqlər: