Aleksey Navalnının cənazəsi anası Lyudmila Navalnayaya təhvil verilib.
AzerTimes xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib.
“Navalnın meyitinin anasına qaytarılmasını tələb edən hər kəsə təşəkkür edirik. Lyudmila İvanovna Salexarddadır. Dəfn hələ qarşıdadır. Səlahiyyətlilərin onları ailənin istədiyi və Alekseyə layiq şəkildə həyata keçirməsinə mane olub-olmayacağını bilmirik. Məlumat əldə olunan kimi təqdim edəcəyik”, – Yarmış bildirib.