“Albert Rıjiy”i öldürən şəxsə hökm oxundu

“Albert Rıjiy”i öldürən şəxsə hökm oxundu

Moskvada azərbaycanlı kriminal avtoritet “Albert Rıjiy” ləqəbli Əli Heydərovu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

AzerTimes xəbər verir ki, bu barədə Moskva prokurorluğu məlumat yayıb.

“Məhkəmə Moskva prokurorluğunun mövqeyini nəzərə alaraq, kriminal dairələrdə tanınmış Albert Heydərovun qətlində təqsirli bilinən 38 yaşlı Mətləb Sultanovu 16 il müddətinə azadlıqdan məhrum edib”, – məlumatda qeyd olununb.

Qeyd edək ki, Albert Rıjiy 2021-ci il aprelin 12-də Moskvanın Şukino rayonunda fitnes-klubda qətlə yetirilmişdi.

Teqlər: