Tanışlıq xarakteri daşıyan səfər zamanı rayon rəhbərliyi ilə görüş olub.
Xaçmaz Rayon İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, görüşdə Albayrak Groupun-un idarə heyətinin üzvü İbrahim Karaca və digər nümayəndələr iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qonaqlara Xaçmazın potensial imkanları və sosial iqtisadi uğurları barədə ətraflı məlumat verib.
Bildirib ki, kənd təsərrüfatı və turizmin inkişafı üçün geniş imkanları olan rayonda bağçılığa maraq böyükdür. Son illər rayonda intensiv bağ sahələrinin salınması sürətləndirilib. Xaçmaz rayonunun 70 kilometr ərazisi dəniz sərhədindən keçir. Bu isə dənizkənarı ərazilərdə turizmin inkişafı üçün əlverişli imkanlardan xəbər verir.
Albayrak Group-un idarə heyətinin üzvü İbrahim Karaca Xaçmazla tanışlıqda maraqlı olduqlarını və yerli iş adamları ilə müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.