Albaniyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Albaniya Respublikasının Baş naziri Edi Rama aprelin 14-də
Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AzerTimes-ın məlumatına görə, hər
iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev
Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Edi Ramanı hava limanında Azərbaycan Respublikası Baş
nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini
Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

Teqlər: