Albaniya parlamenti Konstitusiyanı pozduğuna görə ölkə prezidenti İlir Meteyə impiçment elan edib və tutduğu vəzifəsindən kənarlaşdırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Associated Press” agentliyi bildirib.
Məlumata əsasən, 104 parlament üzvü impiçmentin leyhinə, yalnız yeddi nəfər isə əleyhinə səs verib. Daha üç nəfər bitərəf qalıb.
İndi 3 ay ərzində onun vəzifəsindən kənarlaşdırılması qərarı Albaniya Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir.