Albaniyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq üzrə Xüsusi Məhkəməsi Bijən Puladrəg adlı İran vətəndaşını 10 il azadlıqdan məhrum edib.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
İran vətəndaşı terrorizmə maliyyə dəstəyi vermək və terror təşkilatına üzv olmaqda ittiham olunur.
Qeyd edək ki, iyul ayında İran hökumətinə bağlı olan kiber qrupların Albaniyanın hökumət infrastrukturuna etdiyi kiberhücumdan sonra sentyabrın 7-də Baş nazir Edi Rama Albaniya ilə İran arasında siyasi əlaqələrin kəsildiyini elan edib və İran diplomatları ölkədən çıxarılıb.