Tərtər. Trend:
31 Mart soyqırımının 104 illiyi ilə əlaqədar Alban-Udi Xristian
dini icmasının üzvləri Tərtərin işğaldan azad olunan Talış və
Suqovuşan kəndlərinə səfər ediblər.
AzerTimes-ın yerli bürosunun
məlumatına görə, səfər iştirakçıları əvvəlcə Talış kəndində qədim
alban məbədini ziyarət ediblər.
31 Mart soyqırımı şəhidlərinin xatirəsinə Suqovuşanda,
Tərtərçayın sahilində yerləşən Müqəddəs Yelisey monastrında təşkil
olunacaq anım mərasimi isə baş tutmayıb. Ermənistan silahlı
qüvvələri monastrın ətrafını minaladığı üçün nümayəndə heyətinin
getməsinə icazə verilməyib. Bu səbəbdən kəndin ərazisində mövcud
olan digər məbəddə anım mərasiminin keçirilməsi planlaşdırılır.