Alaudinov Suca iddiası ilə özünü rüsvay etdi – Video

Alaudinov Suca iddiası ilə özünü rüsvay etdi – Video

Ukrayna Silahlı Qüvvələri Sucaya nəzarət etmir, Rusiya ordusunun bölmələri şəhərdədir, düşmənlə aktiv toqquşmalar gedir.

AzerTimes xəbər verir ki, bunu “Əhməd” xüsusi təyinatlı qüvvələrinin komandiri general-mayor Aptı Alaudinov Rusiyanın “Birinci” kanalına açıqlamasında deyib.

“Düşmən Sucaya tam nəzarət etdiyini deyə bilməz, çünki o, həqiqətən də ona nəzarət etmir”, – Alaudinov bildirib.

Alaudinovun bu açıqlamasından sonra Ukraynanın 1+1 telekanalı Sucadan canlı yayım təqdim edib. Görüntülərdə ətrafda sakitlik olduğu, heç bir döyüşün getmədiyi, hətta mülki şəxslərin şəxsi avtomobillərlə hərəkət etdikləri əks olunub.

Teqlər: