ABŞ Alabama ştatında güclü yağışlar daşqınlara səbəb olub.
AzerTimes-ın “CNN” telekanalına istinadən verdiyi məlumata görə, daşqınlar nəticəsində biri azyaşlı uşaq olmaqla azı 4 nəfər həlak olub.
Məlumata əsasən, ştatın bir neçə şəhərində yollar, küçələr və dayanacaqlar su altında qalıb.
Bildirilir ki, güclü yağışlar davam edir.