UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
AzerTimes xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq “Qarabağ”-Ludoqorets” (Bolqarıstan) cütünün məğlubunun potensial rəqibi müəyyənləşib.
Məğlub komanda “Petrokub” (Moldova)-TNS (Uels) cütündə uduzan kollektivlə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.