Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən həssas qruplara dəstək məqsədli korporativ sosial məsuliyyət tədbirlərində, onlarla bağlı məşğulluq proqramlarının icrasında aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılma mərasimi keçirilib.
AzerTimes xəbər verir ki, fəaliyyət dövrü ərzində daim sosial layihələrdə aktiv iştirak edən “AL Market” mağazalar şəbəkəsi mükafata layiq görülüb.
Bu dəfə “AL Market” şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, qadınların, gənclərin məşğulluğunun təmin olunmasında “Əmək və Məşğulluq” altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan özəl sosial tərəfdaşa mükafatı təqdim edilib.
Qeyd edək ki, ilk dəfə ötən il 2021-ci il üzrə korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb. “AL Market” Mağazalar şəbəkəsi “Qazilərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Məşğulluq altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan” və “Məşğulluq altsistemində ən aktiv özəl sosial tərəfdaş” nominasiyaları üzrə təltif edilib.