Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən “AL Market” mağazalar şəbəkəsi möhtəşəm qayıdışdan sonra qürur hissi ilə yeni filialını Zəngilanın Ağalı kəndində açmışdır.
Zəfərdən sonra 30 ildir öz yurdundan didərgin düşən Zəngilanlıların bir qrupu evlərinə qayıdış etdi və bu qayıdışla 200-ə yaxın şagird hazırda Ağalıda təhsil alır.
Qələbənin 3-cü ilində “AL Market” Zəfər gününü qeyd etmək məqsədi ilə Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Ağalıda “AL Market” mağazasının qarşısında Ağalı sakinlərilə xüsusi ilə məktəblilərlə gözəl tədbir keçirib.
Tədbirə qatılan 200-ə yaxın uşağa “AL Market” mağazalarında satılan müxtəlif yerli və qlobal brendlərin məhsullarından hazırlanan hədiyyə paketləri təqdim olunub.
Qeyd edək ki, Azərbaycanın hər tərəfində yüzlərlə filialı ilə fəaliyyət göstərən “AL Market” mağazaları ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “AL Market”lər ailənizin ehtiyacları üçün minlərlə məhsulla xidmətinizdədir.