Maliki: “2-ci İsrailin qurulmasına icazə verməyəcəyik”

Maliki: “2-ci İsrailin qurulmasına icazə verməyəcəyik”

İraqın prezident köməkçisi Nuri Əl Maliki İraq Kürd Muxtariyyətinin hazırlaşdığı müstəqillik referendumu barədə maraqlı fikirlər səsləndirib.

Maliki “Bu referendum nə İraq xalqının, nə də kürdlərin xeyrinədir. İraq konstitusiyasına zidd və qeyri-qanuni olan bu qərar ləğv edilməli, ya da referendum təxirə salınmalıdır. İraqın şimalında ikinci İsrailin qurulmasına icazə verməyəcəyik” deyib.

Qeyd edək ki, ABŞ, BMT, Türkiyə, İran, İngiltərə və digər ölkələr açıqlama verərək bölgə lideri Məsud Bərzanini referendumu ləğv etməyə səsləyib.