Aktyor Pezeşkiandan xahiş etdi: Geyimini dəyiş!

Aktyor Pezeşkiandan xahiş etdi: Geyimini dəyiş!

İranlı aktyor Rza Kianian Pezeşkiandan geyim tərzini dəyişməsini, gödəkçə geyinməyi dayandırmasını xahiş edib.

AzerTimes xəbər verir ki, Rza Kianian bu haqda öz sosial media hesabında paylaşım edib.

“Sizdən xahiş etmək istəyirəm ki, o gödəkçənin yerinə pencək geyəsiniz. Gödəkçələr yay üçün uyğun deyil, “gödəkçələr”lə (Əhmədinejadın geyim tərzini nəzərdə tutur) bağlı heç yaxşı xatirələrimiz də yoxdur”, – o qeyd edib.

Aktyor Pezeşkianın yaxın aylarda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka səfərinə toxunaraq bildirib:

“Siz bir millətin şərəfisiniz. Siz artıq yalnız özünüz deyilsiniz. Qoy biz də, dünya da sizin görünüşünüzü görməkdən həzz alsın”.

O, İran prezidentinin xarici görünüşünü “dünyanın diqqətini cəlb etmək” üçün təsirli hesab etdiyini deyib:

“Yaxşı tikilmiş kostyum, uyğun ayaqqabı, uyğun corab və dəbli saç düzümü olsun. Yaxşı geyinmək sadəcə gözəl görünüş deyil. Bu bir fikirdir”.

Teqlər: