Qazaxıstanın Aktobe hava limanı adi rejimdə işini bərpa edib.
AzerTimes-ın məlumtına görə, bu barədə şəhər rəhbərliyi bildirib.
Qeyd olunur ki, aeroport oranı ələ keçirmiş silahlı qruplaşmalardan təmizlənib.
“Hazırda hava limanı adi rejimdə işləyir, reyslər cədvələ uyğun həyata keçirilir”, – məlumatda deyilir.
Eyni zamanda, “Air Astana” şirkəti yanvarın 7-dək bütün uçuşları dayandırdığını bildirib.
Qeyd edək ki, bu gün Almatı, Aktobe və Aktau hava limanlarının işinin dayandırıldığı barədə məlumat verlilmişdi.