Cari il aprel ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin
əvvəli ilə müqayisədə 2,7 faiz artaraq 683.231 təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, hesabat dövründə
aktiv ƏDV ödəyicilərinin sayı 3,2 faiz artıb və 35.807 təşkil
edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin
əvvəli ilə müqayisədə 0,7 faiz artaraq 184.610 təşkil edib.