Aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb (FOTO)

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus
xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, Xanoğlan Sadıqovun COVID-19 testinin
nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin
edilib, qaydalara riayət etməsi tapşırılıb. Buna baxmayaraq həmin
şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanıb. Onunla
izahedici söhbətlər aparıldıqdan sonra yaşadığı ünvana geri
qaytarılıb.


Daha bir aktiv koronavirus xəstəsi isə Şamaxı Rayon Polis
Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar
keçirilən tədbirlər zamanı ictimai yerdə aşkarlanıb. Belə ki,
Təhsin Mustafayevin yaşadığı ünvanı tərk edərək işlədiyi
stomatoloji məntəqəyə gəldiyi müəyyən edilib. O, evinə geri
qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları
məlumatlandırılıb.

Teqlər: