Aktauda dron şousu – Video

Aktauda dron şousu – Video

Qazaxıstanın Aktau şəhərində, “Aktau-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirinin rəsmi açılış mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, açılış mərasimində müxtəlif türk xalqlarının mədəniyyətini əks etdirən dron şousu izləyicilərə təqdim edilib.

Bildirilib ki, bu il boyunca şəhərdə folklor festivalları, elmi forumlar və sənət sərgiləri keçiriləcək. Aktau 2025-ci il ərzində türk xalqlarının ənənələrini yaşatmağa və gələcək nəsillərə ötürməyə davam edəcək. Mədəniyyət sahəsindəki bu tədbirlər Türk dünyasının birliyini və mədəni müxtəlifliyini daha da möhkəmləndirəcək.

Teqlər: