Aktau-Bakı-Aktau aviareysinin açılması Azərbaycan və Qazaxıstan arasında əlaqələri gücləndirəcək – Səfir

Aktau – Bakı – Aktau marşrutu üzrə reysin açılması Azərbaycan və
Qazaxıstan arasında əlaqələrin gücləndirilməsinə imkan verəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə Qazaxıstanın Bakıdakı səfiri Serjan
Abdıkarimov Aktaudan Bakıya ilk “FlyArystan” reysinin açılmasına
həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, həmçinin turizmin, işgüzar əlaqələrin
genişlənməsinə, yaxınlaşmasına və mədəni zənginləşməsinə töhfə
verəcək:

“İş adamlarımız bir-birinə daha tez-tez uça biləcəklər ki, bu da
iqtisadi əlaqələrimizi gücləndirəcək. İnvestisiya layihələrinin
həyata keçirilməsini stimullaşdıracaq”.

Səfir vurğulayıb ki, Qazaxıstana uçuşların artırılması
Azərbaycan və Qazaxıstandan olan sərnişinlər üçün uçuşların
qiymətini aşağı salacaq.

O qeyd edib ki, 2022-ci ildə ölkələrimiz diplomatik
münasibətlərin qurulmasının 30 illiyini qeyd edir.

Teqlər: