Aksiyaçıların tələbi var: İrəvan bunu edəcəkmi? – İsgəndəryan

Aksiyaçıların tələbi var: İrəvan bunu edəcəkmi? – İsgəndəryan

Laçın yolu gec-tez açıla bilər. Ən qısa zamanda nəyisə razılaşdıracaqlar.

AzerTimes xəbər verir ki, bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan azərbaycanlı ekofəallar, QHT nümayəndələri və jurnalistlərin Xankəndi-Şuşa yolunda keçirdiyi aksiya ilə bağlı qeyd edib.

Ekspert bildirib ki, əsas məsələ tərəflərin gec-tez razılaşacağı yox, bunu necə edəcəkləridir:

“Axı, onların (aksiya iştirakçılarının – red.) açıq şəkildə tələbləri var. Ermənistanın bu tələblərə razı olub-olmayacağı mənim üçün sualdır. Qarabağdan (Qarabağdakı separatçılar nəzərdə tutulur – red.) söhbət belə getmir”.

İsgəndəryanın fikrincə, yolun açılması o demək deyil ki, Bakı daha təsirli təzyiq vasitəsinə əl atmayacaq:

“Yeni bloklama daha uzun və ağır ola bilər. Bu dəfə yolda ekoloqlardır. Hər halda, onları bu cür təqdim edirlər. Növbəti dəfə filatelist və ya tibb bacıları ola bilər. Bu, o qədər də vacib deyil. Vacib odur ki, problem var və o, heç hara getmir. Bu, şübhəsizdir. Yeni ildən daha sərt digər təzyiqlər ola bilər”.

Qeyd edək ki, Şuşa-Xankəndi yolunda aksiya keçirən ekofəallar, QHT nümayəndələri və jurnalistlər mülki ermənilər və humanitar maşınlar üçün keçidlə bağlı heç bir problem olmadığını bildiriblər. Hazırda humanitar yardım daşıyan maşınlar artıq postdan keçiblər.

Müşahidə postunu bağlayan isə rus sülhməramlılarıdır. Belə ki, sülhməramlılar əraziyə yaxınlaşan erməniləri geri qaytarırlar.

Teqlər: