Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları Qarabağdakı erməni separatçı tör-töküntülərinin “başçısı” Araik Arutyunyan və Ruben Vardanyanın Azərbaycan ərazisini tərk etməsi ilə bağlı şüarlar səsləndirirlər.
AzerTimes xəbər verir ki, onlar “Arutyunyan, rədd ol!”, “Vardanyan, rədd ol!” şüarları səsləndirirlər.
Aksiya iştirakçıları şüarlarında Laçın yolunun sülh yolu olduğunu da qeyd edirlər.
Ermənistanın mina terroru ilə bağlı məsələ də aksiya iştirakçılarının diqqət mərkəzindədir.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.