Xankəndi yolunda aksiya iştirakçıları sülhməramlılara məxsus yük maşınının keçidinə icazə verməyib: səbəb “humanitar yük” adı altında qeyri-humanitar yüklərin daşınmasıdır.
Yayılan məlumatda bildirilir ki, aksiyaçılar “humanitar yükə” baxmaq istəyiblər, sülhməramlılar buna icazə vermədiyi üçün kolonun keçməsinə şərait yaradılmayıb və maşın karvanı geri qayıdıb.
Aksiyanın ilk günündən humanitar yüklərin keçidinə şərait yaradılıb. İstisna deyil ki, separatçılar və sülhməramlılar “humanitar yük” yarlığından istifadə etməklə silah-sursatın daşınmasını da həyata keçirmək istəyir, aksiya iştirakçılarında ya belə məlumat var, ya da müşahidələri şübhələr doğurub.
Silahlar yüklər arasında da gizlədilə bilər, bunun belə olmadığına heç kim zəmanət verə bilməz.