İsraildə etiraz aksiyası keçirənlər Qüdsün əsas girişini bağlayıblar.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” nəşri məlumat yayıb.
Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qalant xüsusi bəyanatla çıxış edərək məhkəmə islahatlarının dayandırılmasını istəyib. Benyamin Netanyahunun isə dünən Qalantı tutduğu vəzifədən azad edib və bu, kütləvi etirazları daha da genişləndirib.
İsrail Prezidenti İshaq Hersoq hökumətə islahatların dərhal dayandırılması ilə bağlı çağırış edib və bu gün Netanyahu parlamentdəki fraksiya liderləri ilə görüşdükdən sonra islahatları dayandırmaq niyyətində olduğunu bildirib.