Azərbaycanlı ekofəallar faktiki olaraq Laçın yolundan gömrük məntəqəsi qurub.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın xüsusi məsələlər üzrə səfiri Edmon Marukyan deyib.
O bildirib ki, ekofəallar “himanitar yüklərin” maneəsiz olaraq Laçın dəhlizindən keçməsinə imkan vermirlər:
“Faktiki olaraq onlar qanunsuz gömrük məntəqəsi qurublar”.
Qeyd edək ki, Şuşa-Xankəndi yolunda aksiya keçirən ekofəallar bütün humanitar yüklər, o cümlədən sadə erməni vətəndaşları və sülhməramlılar üçün yolun açıq olduğunu elan ediblər və heç bir problem də yaratmırlar. Lakin bu gün xankəndiyə “humanitar yük” apardığını bildirən 5 şübhəli yük maşınının yükü haqda məlumat verməsini tələb ediblər. Nə qədər qəribə olsa da, “humanitar yük” aparan şəxslər yükə baxış keçirməyə imkan verməyiblər. Buna görə də onların keçidinə də şərait yaradılmayıb.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Laçın yolundan Azərbaycanın sərvətlərinin talanıb daşınması, eyni zamanda bu humanitar dəhlizdən silah-sursat daşınması üçün istifadə edilməsinə də etiraz edirlər.