Aksiya bu gecə də davam etdiriləcək

Aksiya bu gecə də davam etdiriləcək

Xankəndi-Laçın yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası bu gecə də davam etdiriləcək.

AzerTimes-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə aksiya iştirakçıları bildiriblər.

Bu isə ermənilərin dinc aksiyanın bu gün yekunlaşacağı ilə bağlı yaydığı məlumatın həqiqətə uyğun olmadığını göstərir. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər dinc aksiyanın davam etdiriləcəyini bildirirlər.

Onlar qeyd edirlər ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Belə ki, aksiya iştirakçıları bu gün ərzində növbəti dəfə də bu mövqeni nümayiş etdirərək Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus maşınlarda həm ermənilərə humanitar yardım, həm də sülhməramlılara məxsus təminat yükünün aparılmasına şərait yaradıblar.

Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin və aksiya keçirən fəalların dinc erməni əhalisi ilə heç bir problemi yoxdur.

Aksiya hazırda şüarlarla davam edir.

Teqlər: