Akşənərdən mühüm anons: Bu andan başlayaraq…

Akşənərdən mühüm anons: Bu andan başlayaraq…

Bundan sonra hər kəsin verdiyi səsin nəticəsinə hamımızın sayğı göstərəcəyi hissəyə (mərhələyə – red.) keçirik.

AzerTimes xəbər verir ki, bu sözləri İYİ Partiyasının sədri, “Altılı masa”nın üzvü Maral Akşənər bu gün İstanbulda səs verdikdən sonra deyib.

“Bu əziz millətin verəcəyi qərar bizim başımızın üstündədir. Seçimi Ankaradan izləyəcəyəm”, – deyə Akşənər bildirib.

Qeyd edək ki, bu, hazırkı vəziyyət üçün olduqca mühüm mesajdır. Bəzi ekspertlər müxalifətin Ərdoğanın qalib gələcəyini bildiyi üçün artıq indidən küçələrə çıxma və seçki nəticələrinə küçələrdə təsir etmə işinə hazırlıq gördüyünü iddia edir.

Akşənər isə seçki nəticəsini qəbul edəcəyini elan etmiş oldu.

Teqlər: