Akşənər bələdiyyə seçkiləri ilə bağlı qərarını açıqladı

Akşənər bələdiyyə seçkiləri ilə bağlı qərarını açıqladı

İYİ Partiyası Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə partiyanın sədri Maral Akşənər açıqlama verib.

O bildirib ki, bələdiyyə seçkilərinə sadəcə öz heyətləri ilə qatılacaqlar:

“Qarşıdan gələn seçkilərdə xalqımızın qarşısına öz kadrlarımızla çıxacağıq. Buradan bütün siyasi partiyalara, yəni müxalifətdən tutmuş iqtidara kimi hamısına çağırış edirəm. Gəlin hamılıqla vətəndaşlarımızın öz siyasi tərcihlərini əks etdirəcəyi rəqabət mühiti yaradaq. Bütün siyasi partiyalar olaraq ayrı-ayrılıqda seçkilərdə iştirak edək. Biz buradayıq, sizi də gözləyirik”.

Teqlər: