Xəbər - Cani Babayeva – Trend:
Martın 5-də Milli Gimnastika Arenasında Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının qalib və
mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.
AzerTimes-ın
məlumatına görə, qaliblər və mükafatçılar 12-18 yaş kateqoriyası
üzrə müəyyən edilib.
Qadınlar arasında cütlüklərdən Harel Aharoni və Yuval Bar Tal
(İsrail) qızıl, Mell Devinye və Culi Filuz (Fransa) gümüş, Ellison
Stoun və Isla Varqas (ABŞ) bürünc medal qazanıblar.
Kişi qrupları arasında İsrail təmsilçiləri birinci, Rusiya
nümayəndələri ikinci, Böyük Britaniyadan olan qrup isə üçüncü yerdə
qərarlaşıb.
Qarışıq cütlüklər arasında fəxri kürsünün ilk pilləsini İsrail
dueti – Roni Ravid və Yuval Sasson, ikinci yerdə – Rusiyadan olan
Rusiyadan olan cütlük Riana Latipova və Vitali Pleşkov, üçüncü
yerdə – Qazaxıstan təmsilçiləri Lolita və Mark Dub tutub.
Kişi cütlükləri arasında Uilyam Klark və Harli Körtis-Lourens
(Böyük Britaniya) qızıl, rusiyalı gimnastlar Boqdan Əliyev və Yeqor
Taşlanov gümüş, Vladimir Kotoçev və Qeorqi Stoyanov (Bolqarıstan)
bürünc medala sahib olublar.
Qızlardan ibarət qruplar arasında Rusiya komandası birinci, ABŞ
qrupu ikinci, Portuqaliya qızlar qrupu üçüncü yeri tutub.
Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.
Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.
Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.
Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.