Akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında növbəti finalçılar müəyyənləşib

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş
Qrupları Yarışlarında 13-19 yaş kateqoriyasında kişi və qarışıq
cütlüklər, eləcə də kişi qruplar arasında finalçılar
müəyyənləşib.

Trend-in
məlumatına görə, kişi cütlüklər arasında finala Matvey Çernıx və
İvan Derendyayev (55,500 xal, Rusiya), Anatoli Paxandrin və Sanjar
Saduov (54,500 xal, Qazaxıstan), Migel Lopes və Qonsalu Parreyra
(54,500 xal, Portuqaliya), Seppe Bernaerts və Noy Geniar (54,390
xal, Belçika), Lukka Holdstok və Emaan Enesi (54,280 xal, Böyük
Britaniya), Danail Nikolov və Martin Nikolov (51,590 xal,
Bolqarıstan) cütlükləri vəsiqə qazanıb.

Qarışıq cütlüklərdə isə finala Luis Ferreyra və Beatris Mota
(56,000 xal, Portuqaliya), Yonatan Fridman və Emi Rafaeli (55,450
xal, İsrail), Artemi Petrovski və Alina Vasilevskaya (55,120 xal,
Rusiya), Yelena Bosilkova və Julien Şaykov (52,970 xal,
Bolqarıstan), Ceylen Ayvi və Amaya Rocers (52,150 xal, ABŞ), Laşa
Gibradze və Lana Tsurtsumiya (51,940 xal, Gürcüstan) cütlükləri
vəsiqə qazanıb.

Kişi qrupları arasında Rusiya (56,100 xal), İsrail (55,870 xal)
Böyük Britaniya (51,790 xal) və Almaniya (48,650 xal) finala
çıxıb.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.


Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: