Akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında kişi cütlüklər arasında finalçılar müəyyənləşib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş
Qrupları Yarışlarında 12-18 yaş kateqoriyasında kişi cütlüklər
arasında finalçılar müəyyənləşib.

Trend-in
məlumatına görə, finala Uilyam Klark və Harli Körtis-Lourens
(54,890 xal, Böyük Britaniya), Boqdan Əliyev və Yeqor Taşlanov
(54,850 xal, Rusiya), Yehonatan Cozef və Conatan Markoviç (53,430
xal, İsrail), Visente Kalako və Joao Tepes (52,720 xal,
Portuqaliya), Vladimir Kotoçev və Georgi Stoyanov (52,100 xal,
Bolqarıstan), İlyas Muxtosarov və Nazar Vorotelyak (52,050 xal,
Qazaxıstan), Devis Livitt və Vlad Stadvell (51,150 xal, ABŞ),
Kristian Dayana və Emerson Vonq (49,900 xal, Kanada) cütlükləri
vəsiqə qazanıb.

Azərbaycan təmsilçiləri Rəsul Seyidli və Rəvan Zeynallı 48,290
xalla 13-cü yer tutaraq finala çıxa bilməyib.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: