Xəbər - Cani Babayeva – Trend:
Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında qarışıq
cütlüklər və kişi qrupları (temp və ümumi hərəkətlər), qadın
qrupları (balans və ümumi hərəkətlər) proqramında finalçılar
müəyyənləşib.
Trend-in
məlumatına görə, qarışıq cütlüklərdə temp hərəkətlər üzrə finala
Brem Röttger və Helena Heyens (Belçika, 29,330 xal), Ağasif Rəhimov
və Raziyə Seyidli (Azərbaycan, 29,090 xal), Nataşa Hatçinson və
Dilan Hauells (Böyük Britaniya, 28,490 xal), Adi Horvits və Meron
Vaysman (İsrail, 28,400 xal), Xavyer Martines və Noa Mursiya
(İspaniya, 27,210 xal), Diniş Kardoso və Mariya Marvao
(Portuqaliya, 25,890 xal) vəsiqə qazanıb.
Qarışıq cütlüklərdə ümumi hərəkətlər üzrə finala Brem Röttger və
Helena Heyens (Belçika, 57,880 xal), Ağasif Rəhimov və Raziyə
Seyidli (Azərbaycan, 57,850 xal), Nataşa Hatçinson və Dilan Hauells
(Böyük Britaniya, 57,080 xal), Adi Horvits və Meron Vaysman
(İsrail, 56,670 xal), Diniş Kardoso və Mariya Marvao (Portuqaliya,
54,250 xal), Daniel Blintsov və Pia Şutse (Portuqaliya, 53,770
xal), Xavyer Martines və Noa Mursiya (İspaniya, 53,760 xal), Anano
Laqadze və Saba Zazadze (Gürcüstan, 52,420 xal) vəsiqə qazanıb.
Kişi qruplarında temp hərəkətləri üzrə finala Böyük Britaniya
(28,090 xal), Belçika (27,890 xal), Almaniya (27,680 xal), İsrail
(27,600 xal), ABŞ (27,240 xal), Özbəkistan (25,220 xal) vəsiqə
qazanıb.
Kişi qruplarında ümumi hərəkətlər üzrə finala Belçika (57,080
xal), Böyük Britaniya (56,470 xal), İsrail (55,860 xal), Almaniya
(54,690 xal), ABŞ (51,590 xal), Özbəkistan (49,140 xal) vəsiqə
qazanıb.
Qadın qruplarında balans hərəkətləri üzrə finala Belçika (29,300
xal), Avstraliya (27,940 xal), ABŞ (27,650 xal), Portuqaliya
(27,420 xal), Gürcüstan (26,470 xal), Avstriya (26,460 xal) vəsiqə
qazanıb.
Kişi qruplarında ümumi hərəkətlər üzrə finala Belçika (57,080
xal), Böyük Britaniya (56,470 xal), İsrail (55,860 xal), Almaniya
(54,690 xal), ABŞ (51,590 xal), Özbəkistan (49,140 xal) vəsiqə
qazanıb.
Qadın qruplarında ümumi hərəkətlər üzrə finala Belçika (58,130
xal), Portuqaliya (55,830 xal), ABŞ (54,840 xal), Avstraliya
(54,040 xal), İsrail (53,680 xal), Almaniya (52,910 xal), Avstriya
(52,480 xal), Gürcüstan (52,320 xal) vəsiqə qazanıb.
Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edəcək.
4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq
cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans,
temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel
Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri
Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və
bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə
aparacaqlar.
Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu
növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi
edib.
(Tərcümə: Orxan Nəbiyev)